AUT.AZ

Bəxtiyar Həsənalızadə oynadı?

Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” I Liqada növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Giresunspor”la qarşılaşıb. Görüş “Tuzlaspor”un qələbəsiylə başa çatıb – 3:0.

Bəxtiyar görüşə start heyətdə çıxıb və sona qədər oynayıb. 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanan müdafiəçi komandasının sonuncu qolunun məhsuldar ötürməsini verib.

“Tuzlaspor” çempionatda 29 turdan sonra 31 xalla 15-ci sıradadır. “Giresunspor” isə 7 xalla sonuncudur.

Exit mobile version