AUT.AZ

Messi qayıtdı, qol vurdu, amma… – VİDEO

Aprelin 7-nə keçən gecə Amerikanın Fort Lauderdeyl şəhərində MLS-in adi mövsümünün matçı baş tutub.

Aut.az xəbər verir ki, “İnter Mayami” “Kolorado Rapids”lə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Messi zədədən sonra ilk oyununu keçirib və fasilədən sonra meydana çıxıb və 58-ci dəqiqədə fərqlənib.

Uruqvaylı forvard Luis Suares isə meydana çıxmayıb.

“İnter Mayami” 12 xalla üçüncü pillədədir.

İnter Mayami – Kolorado – 2:2

Qollar: Messi 58, Afonso 60 – Navarro 45, Bassett 88.

Aut.az

Exit mobile version