AUT.AZ

Keyn “top-5” liqalarda bu mövsümün ən yaxşısıdır

Almaniya Bundesliqasının 28-ci turunda “Haydenhaym” “Bavariya”nı doğma meydanda 3:2 hesabı  ilə məğlub edib.

Aut.az xəbər verir ki, Münhen klubunun qollarından birini hücumçu Harri Keyn vurub. İngilis hücumçu mövsümdə qol+pas sisteminə görə 50 xalı toplayıb. O, 38 qol vurub və 12 məhsuldar ötürmə edib.

Keyn Avropanın ən yaxşı 5 liqasının bütün oyunçular arasında bu göstəricidə ən yaxşısıdır. Bu barədə “Football Talk” məlumat yayıb.

Aut.az

Exit mobile version