AUT.AZ

Hacı Əliyev və Turan Bayramov olimpiadada

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.

Aut.az xəbər verir ki, Hacı Əliyev (65 kq) və Turan Bayranov (74 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Belə ki, Hacı Əliyev İslam Dudayevi (Albaniya) məğlub edib.

Turan Bayramov isə italiyalı Frank Çamizo Markezə qalib gəlib.

Bununla da millimiz bu gün üçüncü olimpiya lisenziyasını əldə edib. Bundan əvvəl Əliabbas Rzayev də bu uğura sahib çıxmışdı.

Exit mobile version