AUT.AZ

Avropa Olimpiya Təsnifat turniri: 5 güləşçimiz yarımfinalda

Bu gün Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə yekun vurulacaq.

Aut.az xəbər verir ki, turnirin sonuncu günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Mübarizəyə qoşulan 5 güləşçimiz uğurlu nəticə göstəriblər. Belə ki, Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili yarımfinala vəsiqəni əldə edib.

Avropa Olimpiya Təsnifat turniri.
1/2 final

57 kq
Əliabbas Rzazadə – Vladimir Yeqorov (Şimalı Makedoniya)

65 kq
Hacı Əliyev – İslam Dudayev (Albaniya)

74 kq 
Turan Bayramov – Frank Çamizo Markez (İtaliya)

86 kq
Osman Nurmaqomedov – Vasili Mixaylov (Ukrayna)

125 kq 
Georgi Meşvildişvili – Alen Xubulov (Bolqarıstan)

Exit mobile version