AUT.AZ

“Yunayted” üçün pis xəbər: “Borussiya” onu almaq istəmir

“Borussiya Dortmund”un “Mançester Yunayted”dən Ceydon Sançonu almaq niyyətində deyil.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Əkrəm Konur məlumat verib.

“Qırmızı şeytanlar” futbolçusu üçün 34 milyon funt sterlinq istəyir. “Borussiya” bu məbləği ödəmək niyyətində deyil. Premyer Liqa və İspaniya La Liqasının bir sıra klubları vəziyyəti izləyir.

Sanço bu ilin yanvarından icarə əsasında “Borussiya”da çıxış edir. O, bütün yarışlarda 11 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. 24 yaşlı ingilis vingerin “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version