AUT.AZ

Ronaldo ilə “Yuventus”un borc davası davam edir

“Yuventus”un sabiq hücumçusu Kriştiano Ronaldonun (2018-2021) futbolçuya olan 19,5 milyon avro məbləğində maaş borcuna görə Turin klubuna qarşı iddiasına baxılan məhkəmə prosesi son mərhələdədir.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı futbolçunun vəkilləri işi Arbitraj Komissiyasına göndəriblər və aprelin 22-dən gec olmayaraq cavab gözləyirlər. Qərar isə gələn həftə verilə bilər. Öz növbəsində “Yuventus” bu iddiaları əsassız hesab edir.

Xatırladaq ki, bu məhkəmə prosesi ötən ilin sentyabrında başlayıb. Ronaldonun tərəfinin mövqeyinə görə, “Yuventus” keçmiş futbolçusuna 2020/2021 mövsümündə maaşının təxirə salınması ilə bağlı razılaşmaya əsasən 19,5 milyon avro borcludur. Turin klubunun mövqeyinə görə, Ronaldo 2021-ci ildə “Mançester Yunayted”ə keçəndə “Yuventus”un ona maliyyə baxımından heç bir borcu olmadığını təsdiq edən sənəd imzalayıb.

Exit mobile version