AUT.AZ

O da dilə gəldi: İrqçilik təhqir deyil, daha pisdir

“Adana Dəmirspor”un mərkəz hücumçusu Mario Balotelli İtaliyada irqi ayrı-seçkilik problemindən danışıb.

“Bəzi insanlar mənə qarşı düşmənçilik edir və irqçiliyi bəhanə kimi istifadə edirlər. İrqçilik hər yerdə deyil. İtalyanlar irqçi deyillər. Qaradərili insanların immiqrasiyasına öyrəşmək onlar üçün daha uzun çəkdi. Həqiqət budur ki, onlar mənim kimiləri görməyə öyrəşməyiblər. Problem həm də ondan ibarətdir ki, stadionlarda irqçi fikirlər söyləməyə həmişə icazə verilib. Amma zəmanət verirəm ki, stadionlarda müəyyən sözlər deyənlərin hamısı küçədə, real həyatda bunu deməyəcək.

Ona görə də bu insanların irqçi olduğunu söyləmək mənim üçün çətindir. Məni incitmək üçün bunu edirlər. Amma onlar başa düşməlidirlər ki, irqçilik təhqir deyil, daha pisdir”, – deyə Balotellinin sözlərini “Corriere dello Sport” sitat gətirib.

Aut.az  

 

Exit mobile version