AUT.AZ

Nicat Abasov ikinci turda məğlub oldu

Kanadanın Toronto şəhərində şamat üzrə İddiaçılar Turnirinin ikinci turu keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib.

Qara fiqurlarla çıxış edən şahmatçımız rəqibinə məğlub olub.

Təmsilçimiz növbəti tur ağ fiqurlarla ABŞ-nin digər təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 22:30-da start götürəcək.

28 yaşlı qrossmeyster ilk turda rusiyalı Yan Nepomnyaşi ilə xalları yarı bölüb.

Exit mobile version