AUT.AZ

Dopinq zabitini ölümlə hədələdi

Ağır çəkidə hazırkı UFC çempionu Con Cons sərxoş halda dopinq zabitini öldürməklə hədələyib.

Aut.az xəbər verir ki, insident martın sonunda UFC-nin əməkdaşlıq etdiyi “Drug Free Sport İnternational” agentliyinin nümayəndəsi idmançıdan dopinq-test götürmək istəyərkən baş verib. Sərxoş Cons antidopinq agentliyinin əməkdaşının telefonunu əlindən alıb və onu öldürməklə hədələyib. Dopinq zabiti polisi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 36 yaşlı Cons əvvəllər dəfələrlə belə problemlər yaşayıb.

Exit mobile version