AUT.AZ

Mükafatını aldı

“Bayern”in hücumçusu Harri Keyn 2023-cü ilin ən yaxşı bombardiri kimi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasından (IFFHS) mükafat alıb.

Aut.az xəbər verir ki, 2023-cü ildə Keyn Bundesliqada (18) və Premyer Liqada (17) 35 qol vurub. O, bu uğura Münhen klubu ilə yanaşı, “Tottenhem”də çıxış etməklə də nail olub.

Onun ən yaxın izləyicisi 2023-cü ildə Liqa 1-də 30 qol vuran PSJ-nin hücumçusu Kilian Mbappe olub.

Qeyd edək ki, bu hesablama zamanı dünyanın ən yaxşı 100 liqasından olan oyunçuların çıxışı nəzərə alınıb.

Exit mobile version