AUT.AZ

“Bavariya”da ciddi itkilər

“Bavariya” Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində baş tutacaq “Haydenhaym”la oyuna ciddi itkilərlə çıxacaq.

Aut.az xəbər verir ki, bu barədə Münhenlilərin baş məşqçi Tomas Tuxel məlumat verib:

“Manuel Noyer, Kinqsli Koman, Leroy Sane, və Noussair Mazraui zədə, Aleks Pavloviç isə xəstə olduğuna görə meydana çıxmayacaq. Rafael Qerreyro yenidən sıraya qayıdır. Problem ondadır ki, 5 futbolçunun hamısı istirahətə görə sıradan çıxıb. Hamısının problemləri var. Onların “Arsenal” oyunda da bizə kömək edib-etməyəcəyinə dair şübhələr var”.

Qeyd edək ki, “Bavariya” – “Heydenhaym” matçı aprelin 6-da, Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq.

Exit mobile version