AUT.AZ

“Yunayted”lilər restorana toplaşdılar, avtomobilə qayıdanda… – FOTO

“Mançester Yunayted”in futbolçuları səhər yeməyini birlikdə yeməyə qərar veriblər və şəhərin restoranlarından birinə yollanıblar.

Aut.az xəbər verir ki, səhər yeməyindən sonra “qırmızı şeytanlar”ın oyunçuları problem yaşayıblar. Maşınlarına qayıdan futbolçular qeyri-qanuni parkinq üçün cərimə bilet görüblər.

Düzdür, bu, onların əhval-ruhiyyəsinə qətiyyən təsir etməyib. Onlar ön şüşəyə yapışdırılmış cərimə biletlərinə təbəssümlə reaksiya verdilər.

Xatırladaq ki, bu gün “Mançester Yunayted” Premyer Liqanın 31-ci turu çərçivəsində səfərdə “Çelsi” ilə qarşılaşacaq.

Aut.az

 

Exit mobile version