AUT.AZ

Cəza alacaq – Hakimi söyüb

İngiltərə Futbol Assosiasiyası Premyer Liqanın “Çelsi” ilə oyununda baş hakim Darren İnqlandı söyən “Bernli”nin baş məşqçisi Vinsent Kompani ilə bağlı işə baxacaq.

Aut.az xəbər verir ki, Laurens Assiqnon Mixail Mudrikə qarşı kobudluq etdikdən sonra hakim penalti təyin edib. “Burnli”nin oyunçusu ikinci sarı vərəqə alaraq meydandan qovulub, ardınca hadisəyə şiddətli reaksiya göstərən Kompani qırmızı vərəqə alıb.

Matçdan sonra baş məşqçi təhqirlərə görə üzr istəsə də, “cari Premyer Liqa mövsümündə hakimlərin kifayət qədər yaxşı işləmədiyini” qeyd edib.

Kompanini diskvalifikasiya gözləyir. Onun komandası Premyer Liqada sonuncudan əvvəlki pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version