AUT.AZ

Ten Haq narazılıq etdi: Məşq etməyə vaxt tapmırıq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın futbolçularının tez-tez zədələnməsi ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, o qeyd edib ki, hazırkı təqdvimlə bu qaçılmazdır:

“Problemlərin qarşısını ala bilməzsiniz. Premyer Liqanın standartları yüksəkdir, qrafikin həddən artıq yüklənməsi çılğındır. Komandamızda millilərinə gedən çoxlu futbolçu var. Digər klubların da problemləri var, xüsusən də müdafiədə. Məşq prosesində dəyişiklik etmişikmi? Biz həqiqətən məşq etmirik. Bərpa oluruq və növbəti matçı gözləyirik”.

Qeyd edək ki, İngiltərə çempionatının 29 turundan sonra “Mançester Yunayted” 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Exit mobile version