AUT.AZ

Qvardiola bu sözlər ciddi deyib, yoxsa zarafat edib?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçularını meydanda cəzalandırması ilə bağlı tənqidlərə cavab verib.

Aut.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunun “Arsenal”la oyunundan (0:0) sonra “Siti”nin çalışdırıcısı meydanda Cek Qrilişin oyununu emosional təhlil etməyə başlayıb, həmçinin cinah yarımmüdafiəçisi Ceremi Doketə nəsə deyib.

“Mən bunu kameralar və eqom üçün edirəm. İnanılmaz həzzlə yatmaq üçün kamera qarşısında olmalıyam. Mən həmişə çalışıram ki, oyunçuları tənqid edim və onların nə qədər pis olduqlarını bildirim. Xüsusən də Erlinq Haaland üç qol vuranda kameralar mənə yönəldilməlidir”, – Qvardiola bildirib.

İndi biz ancaq təxmin edə bilərik ki, Pep bunu ciddi deyib, yoxsa zarafat edib…

Aut.az

Exit mobile version