AUT.AZ

Osimhen hansı kluba gedəcək? – Agent açıqladı

Futbol agenti Dario Kanovi “Napoli”nin hücumçusu Viktor Osimhenin gələcəyi ilə bağlı məlumat paylaşıb.

Aut.az xəbər verir ki, Kanovi “Football Italia” nəşrinə açıqlamnasında Osimhenin hansı kluba gedə biləcəyi haqda da danışıb.

“Məncə, Osimhenin PSJ-də oynaması ehtimalı çox yüksəkdir. Gələcəkdə “Real”a keçəcəyi bir neçə ay əvvəl bəlli olan Kilian Mbappeni bu şəkildə əvəz etmək ağıllı olardı”, – Kanovi deyib.

Xatırladaq ki, Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. Bu mövsüm Nigeriya millisinin oyunçusu bütün turnirlərdə 25 matçda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.

Aut.az

Exit mobile version