AUT.AZ

Matç zamanı dəhşətli anlar: Helikopter meydana endi, görüş yarımçıq qaldı

İngiltərənin Cənubi Milli Liqasında “Veymut”un “Yovil Taun”la oyununda xoşagəlməz hal yaşanıb.

Aut.az xəbər verir ki, Matçın bitməsinə 15 dəqiqə qalmış komandasına dəstək olmaq üçün səfər oyununa qatılan “Yeovil Taun” azarkeşi yıxılıb. Həkimlər dərhal tribunaya yollanıblar. Bu zaman baş hakim oyunu dayandırmaq qərarına gəlib.

Azarkeşin vəziyyəti çox ağır olduğundan onu təcili yardım maşını ilə xəstəxanaya çatdırmaq mümkün olmayıb. Bir neçə dəqiqəlik gözləmədən sonra helikopter Veymut meydançasına enib.

Kişi yaxınlıqdakı xəstəxanaya aparılıb. Bütün xilasetmə əməliyyatı 42 dəqiqə davam edib. Azarkeşlə bağlı yaranmış vəziyyətə görə təşkilatçılar matçı dayandırmaq məcburiyyətində qalıblar.

Matçın taleyi məlum deyil. Bu məsələ ilə bağlı yekun qərarı Milli Liqanın rəhbərliyi verəcək.

Exit mobile version