AUT.AZ

Haalandı 4-cü divizion futbolçu adlandırdı – Qvardiola cavab verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kinin Erlinq Haaland haqqında dediklərinə cavab verib.

Aut.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunun “Mançester Siti” – “Arsenal” matçında (0:0) heç-heçədən sonra Kin Haalandın dəhşətli oynadığını söyləmişdi:  “Dördüncü liqanın futbolçusu kimidir”.

“Mən onunla razı deyiləm” deyən Qvardiola “The Guardian”a açıqlamasında Haalandın dünyanın ən yaxşı hücumçusu olduğunu bildirib.

O, keçən mövsüm titullar qazanmağımıza  kömək etdi. Çox şans yaratmamağımızın səbəbi isə Erlinqə görə deyil.

Keçmiş futbolçuların bu cür tənqidləri məni təəccübləndirir.  Jurnalistlər bunu deyəndə mən bunu başa düşürəm, çünki onlar heç vaxt meydanda olmayıblar”, – Qvardiola deyib.

Haaland bu mövsüm bütün turnirlərdə 35 oyunda 29 qol vurub və 6 məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version