AUT.AZ

Döyüş zamanı öldü: Səbəb nədir?

İstedadlı MMA döyüşçüsü Kanat Axunov Qazaxıstan çempionatında döyüş zamanı dünyasını dəyişib.

Aut.az xəbər verir ki, Nomad MMA-nın təşkil etdiyi turnir ötən həftəsonu baş tutub. Tədbir gənc döyüşçünün faciəvi ölümü ilə kölgədə qalıb.

17 yaşlı idmançı döyüş zamanı qarnına dəyən zərbədən dünyasını dəyişib. Lakin bir neçə dəqiqə əvvəl huşunu itirdiyi üçün zərbənin onun ölümünə səbəb olub-olmadığı məlum deyil. Bunun araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

“Dərin hüznlə bildiririk ki, Nomad MMA çempionatının iştirakçılarından biri vəfat edib. Tibb işçiləri ona ilkin tibbi yardım göstərib, hadisə yerinə təcili tibbi yardım maşını gəlib, lakin gənci xilas etmək mümkün olmayıb”. – deyə yarışın mətbuat xidmətindən bildiriblər.

Nomad MMA-nın nümayəndəsi əlavə edib ki, turnir başlamazdan əvvəl Kanatın məşqçisi idmançının turnirdə yarışmağa hazır olduğunu təsdiq edən tibbi arayış təqdim edib.

Aut.az

Exit mobile version