AUT.AZ

Dopinq testindən ən çox keçən döyüşçü odur

Populyar qarışıq döyüş sənəti (MMA) döyüşçüsü və iki çəki dərəcəsində keçmiş UFC liqa çempionu Konor Makqreqor 2024-cü ilin əvvəlindən bu vaxta kimi promoşundan ən çox dopinq testindən keçmiş döyüşçüsü olub.

Aut.az xəbər verir ki, bu barədə Blodi Elbou məlumat yayıb.

Bildirilir ki, Makqreqor bu il artıq beş dopinq testindən keçib.

Xatırladaq ki, Konor 2021-ci ilin yayında amerikalı Dastin Puarey ilə döyüşdə ayağını sındırdıqdan sonra oktoqandan uzaq düşüb. İrlandiyalı ulduz növbəti döyüşünün iyunun 29-da olacağını açıqlayıb. Onun rəqibi isə ABŞ təmsilçisi Maykl Çandlerdir.

Aut.az

Exit mobile version