AUT.AZ

Braziliyalı əfsanə üsyan etdi: İlahi, “Neftçi”mə nə ediblər? – FOTOFAKT

“Neftçi”nin sabiq futbolçusu Flavio Alex Valensio (Flavinyo) üsyan edib.

Aut.az xəbər verir ki, veteran yarımmüdafiəçi Azərbaycan kubokunun yarımfinalında “ağ-qaralar”ın “Qarabağ”a 0:4 hesabı ilə məğlub olmasına kəskin şəkildə etiraz edib. O, klubun “İnstaqram” hesabındakı paylaşımına “İlahi, “Neftçi”mə nə ediblər, mirasımıza nə ediblər?” sözlərini yazıb.

Qeyd edək ki, Flavinyo 2010-2015-ci illərdə “Neftçi”də çıxış edib. O, bu dövr ərzində “ağ-qaralar”la 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə Azərbaycan kubokunun qalibi olub. Onun liderlik etdiyi komanda Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Exit mobile version