AUT.AZ

“Yuventus” onu qovacaq, əgər…

Turin klubu bu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri tutduğu vəzifədən qovulacaq.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Yuventus” növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, xeyli gəlir itirəcək. Xatırladaq ki, İtaliya çempionatının 30 turundan sonra “Yuventus” 59 xal toplayıb və hazırda ikinci pillədə qərarlaşan “Milan”dan 6 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb. Bolonya 57 xalla dördüncü yerdədir.

Aut.az

Exit mobile version