AUT.AZ

O da namizədlər siyahısına daxil edildi

“Napoli”nin baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb.

Aut.az xəbər verir ki, “Fiorentina”nın baş məşqçisi Vinçentso İtaliano klub rəhbərliyinin siyahısına daxil edilib. Bu barədə italiyalı jurnalist Nikolo Şkira məlumat yayıb.

2023/24 mövsümündə Vinçentso İtalianonun rəhbərlik etdiyi “Fiorentina” İtaliya liqasında keçirdiyi 29 oyundan 43 xalla A Seriyasının turnir cədvəlində 10-cu yerdədir. İtalianonun mövsümün sonunda Florensiya təmsilçisindən ayrılacağı bildirilir.

Qeyd edək ki, hazırda neapolluları Slovakiya millisinin baş məşqçisi Françesko Kalzona çalışdırır.

Aut.az

Exit mobile version