AUT.AZ

Bax ukraynalılara tapşırdı: Rusları izləyin

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax prankerlər Vovan ( Vladimir Kuznetsov ) və Lexus ( Aleksey Stolyarov ) ilə söhbətində ictimai sahədə rusların sözlərini izləməkdən danışıb.

Aut.az xəbər verir ki, sitatlar pranksterlərin Telegram kanalında verilib.

Bax bildirib ki, rusiyalı idmançıların mətbuatda və internetdə açıqlamalarına nəzarət edən xüsusi komissiya yaradılıb. “Biz Ukrayna tərəfinə də təklif etdik və nəinki təklif etdik, həm də bu cür idmançıların və ya məmurların davranışları barədə məlumat verməyi xahiş etdik”, – BOK rəhbəri deyib.

O bildirib ki, Rusiyanı müdafiə edən idmançılar Olimpiadada iştirak edə bilməyəcəklər.

Aut.az

Exit mobile version