AUT.AZ

“Barsa”lı “Atletiko” ilə razılaşdı, amma…

“Barselona”nın 33 yaşlı sol cinah müdafiəçisi Markos Alonso “Atletiko” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda bu razılaşma yekun deyil. Başqa bir klubdan daha sərfəli təklif gəlsə, Alonsonun “hindular”ın düşərgəsinə keçidi pozula bilər.

Xatırladaq ki, Alonso bu mövsüm bütün turnirlərdə 7 matçda iştirak edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 3 milyon avrodur.

Aut.az

 

 

Exit mobile version