AUT.AZ

“Liverpul” üçün şans: Hələ razılığa gələ bilməyib

“Liverpul”dan ayrılacaq Yurgen Kloppun yerinə namizədlərdən olan “Brayton”un baş məşqçisi Roberto De Zerbi “qağayılar”la müqavilənin uzadılması ilə bağlı hələ razılaşmayıb.

Aut.az xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib.

“Hazırda yox. Razılığa gəlməmişik. Planın, layihənin və gələcəyin nə olduğunu bilmək istəyirəm, çünki özümü rahat hiss etməsəm və düzgün motivasiyam olmasa, daha qala bilməyəcəm. Klubumla danışmaq istəyirəm. Mənim müqaviləm var, amma problem bu deyil. Problem ortaq plan, ortaq məqsəd, gələcəyə ümumi baxış tapmaqdır. Hələ gələcəyimin necə olacağına qərar verməmişəm. Mən Toni Blumla (“Brayton”un sahibi) onların planını başa düşmək üçün danışmaq istəyirəm. Bundan sonra asanlıqla birlikdə qərar verə bilərik”, – De Zerbi deyib.

Aut.az

Exit mobile version