AUT.AZ

Danışılmış oyun? – Bukmeker kontoru uduşu ödəməkdən imtina etdi – VİDEO

Martın 23-də Ukraynanın Birinci Liqasının Düşmə Qrupunda Zaporojye “Metallurq”u “Xust”u qəbul edib.

Aut.az xəbər verir ki, oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb .

VBET bukmeker kontorunun qəribə qərarı oyun başa çatdıqdan sonra müzakirə mövzusu olub.

Məsələ burasındadır ki, bukmeker kontoru mərc edənlərə bu görüşdə mərc etdikləri pulu ödəməyib.

VBET dəstək xidməti ilə əlaqə saxladıqdan sonra bukmeker kontorunun müştərilərinə bildirilib ki, uduşun verilməməsinin  səbəbi qaydaların 6.4-cü bəndi ilə bağölıdır.

“Danışılmış oyunlarla bağlı hər hansı fakt əldə edildikdə təşkilatçı oyunçu tərəfindən edilən mərcləri geri qaytarmaq hüququnu özündə saxlayır”, – açıqlamada deyilir.

Bununla belə, etiraf etmək lazımdır ki, matçın videoyazısına əsasən, şübhəli hər hansı bir hal müşahidə olunmur.

Aut.az

 

Exit mobile version