AUT.AZ

Bir uğur və 3 rekord

Amerikalı tennisçi Danielle Kollinz Mayamidə keçirilən WTA-1000 turnirinin qalibi olub.

Aut.az xəbər verir ki, Kollinz dünya 4 nömrəsi, qazaxıstanlı Yelena Rıbakinadan üstün olub – 7:5, 6:3.

“Opta”nın məlumatına görə, o, dünyanın 53-cü raketkəsi kimi, Mayamidə qadınlar arasında keçirilən turnirin qalibləri arasında ən aşağı reytinq rekordunu yeniləyib.

Daha əvvəl Kim Klijstersə (2005-ci ildə dünyanın 38-ci raketkəsi) bu turnirdə süpriz qələbə qazanmışdı.

Danielle eyni zamanda turnir tarixində Kliystersdən sonra bir set belə məğlub olmadan yarışın qalib olan ikinci, Kris Evert və Petra Kvitovadan sonra 30+ yaşda titul qazanan üçüncü oyunçu olub.

Aut.az

Exit mobile version