AUT.AZ

42 oyunluq seriya qırıldı

PSV-nin Niderland çempionatında ümumilikdə 42 matç davam edən məğlubiyyətsizlik seriyası qırılıb.

Aut.az xəbər verir ki, Erediviziyanın 27-ci turunun matçında Eyndoven klubu səfərdə “NEC Niymegen”ə 1:3 hesabı ilə uduzub.

Bu məğlubiyyət çempionatın lideri olan PSV-nin turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Komanda hesabında 72 xalla liderdir. “Ağ-qırmızılar” ikinci pillədə qərarlaşan “Feyenoord”u 10 xal qabaqlayır.

Qeyd edək ki, PSV 2023-cü ilin yanvarın 24-dən bəri Erediviziyada məğlub olmamışdı.

Exit mobile version