AUT.AZ

Ölümə meydan oxudu, çempion oldu

Avstraliyalı döyüşçü Sem Abdulrəhim WBC çempionluq kəmərini qazanıb.

Aut.az xəbər verir ki, o, başına gələn dəhşətli hadisədən iki il keçməmiş bu uğura imza atıb.

Cümə axşamı Taylandın Banqkok şəhərində “Highland Boxing Team” tərəfindən təşkil edilən boks qalası keçirilib. Tədbir çərçivəsində kəmər uğrunda iki döyüş baş tutub.

Onlardan birində avstraliyalı döyüşçü Sem yerli döyüşçü Panya Çomfo Phuanqla qarşılaşıb. Döyüş orta çəki dərəcəsində Avstraliya WBC çempionluq kəməri üçün keçirilib. Görüş beşinci raundda bitib. Avstraliyalı rəqibini nokaut edib və nüfuzlu kəməri qazanıb.

Əbdülrəhimin bu uğuru böyük marağa səbəb olub. Çünki iki il əvvəl heç də xoş olmayan hadisə yaşayıb. 2022-ci ilin iyun ayında Sem 6 güllə yarası alıb.

Hadisə Melburndakı Fokner qəbiristanlığında əmisi oğlunun dəfn mərasimi zamanı baş verib. Təcavüzkarlar mərasim yerinə gələrək kor atəş açıblar. 34 yaşlı idmançı ağır yaralanıb. Hadisədən az sonra o, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olub.

Əbdülrəhim motosiklet dəstəsinin üzvü olub. Fawkner qəbiristanlığında baş verən insidentin yerli dəstənin fəaliyyəti ilə bağlı olduğu ehtimal edilir. Təhlükəli hadisədən sonra avstraliyalı kriminal aləmdən uzaqlaşıb. 34 yaşlı idmançı bütün diqqətini karyerasını yönəldib və bunun sayəsində WBC kəmərini qazanıb.

Aut.az

 

Exit mobile version