AUT.AZ

Yeni müqavilədə Xviçanın məvacibi bu qədər olacaq

 “Napoli” rəhbərliyinin 23 yaşlı cinah hücumçusu Xviça Kvaratsxeliyanı klubda saxlamaq niyyətində olduğu barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, klub rəhbərliyi onun maaşını üç dəfə – ildə 1,5 milyon avrodan 4,5 milyon avroya yüksəltmək niyyətindədir. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, Neapolitan klubu gürcü futbolçu ilə əmək müqaviləsini 2028 və ya 2029-cu ilin yayına qədər uzatmaq istəyir. Lakin “Napoli” anlayır ki, Kvaratsxeliyanı komandada saxlamaq üçün onun maaşını artırmaq lazımdır. Öz növbəsində cinah hücumçusu klubla müqaviləsini uzatmağın əleyhinə deyil.

Xatırladaq ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 38 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az

Exit mobile version