AUT.AZ

UEFA Avro-2024-lə bağlı vacib qərar verə bilər: 23 yox, 26

Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) Avro-2024-də iştirak edəcək komandaların iştirak ərizəsinə 26 oyunçunun daxil edilməsinə icazə verə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Avropa futbolunun rəhbər orqanı “bəzi milli komandaların məşqçilərinin 2024-cü il Avropa çempionatı üçün komandaların tərkibi ilə bağlı şərhlərini nəzərə alıb”. Bu barədə qərar aprelin 8-də turnirə vəsiqə qazanmış bütün komandaların nümayəndələrinin iştirakı ilə keçiriləcək seminarda veriləcək.

Xatırladaq ki, hazırda sifariş ərizəsinə maksimum 23 futbolçunun daxil edilməsinə icazə verilir.

Aut.az

Exit mobile version