AUT.AZ

Tam razılıq əldə edilib: “Real” onunla müqaviləni uzadır

BANGKOK, THAILAND -AUGUST 30, 2015: the logo of Real Madrid football club on an official jersey on August 30, 2015 in Bangkok Thailand.

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin yaxın vaxtlarda klubu ilə müqaviləsini yeniləməlidir.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Relevo” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqlar zamanı tam razılıq əldə olunub.

Qeyd olunur ki, 25 yaşlı futbolçu ilə müqavilənin uzadılması qərarının Tibo Kurtuanın ikinci zədəsi ilə heç bir əlaqəsi yoxdur, çünki Andreyin yeni müqaviləsi ilə bağlı söhbətlər bir neçə həftədir ki, davam edir.

Transfermarkt portalı Andrey Luninin dəyərini 16 milyon avro qiymətləndirir. Onun “Real”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Aut.az

Exit mobile version