AUT.AZ

“Real”a şad xəbər: Bu tarixdə qayıdacaq

BANGKOK, THAILAND -AUGUST 30, 2015: the logo of Real Madrid football club on an official jersey on August 30, 2015 in Bangkok Thailand.

“Real”ın mərkəz müdafiəçisi Eder Militaonun meydana qayıtmasının təxmini tarixi məlum olub.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Dizindəki çarpaz bağ yırtıldığı üçün avqustun 12-dən bəri meydana çıxmayan 26 yaşlı braziliyalının aprelin 13-də La Liqada “Malyorka” ilə matçda meydana çıxacağı gözlənilir.

Militao İspaniya çempionatında “Atletik”lə oyunu və Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ilk görüşü buraxacaq.

Aut.az

Exit mobile version