AUT.AZ

Qurban Qurbanov və komandası Minsk çempionlarını mükafatlandırdı

Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, “Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində çempion olub.

Aut.az xəbər verir ki, Ağdam klubunun əsas komandası bu münasibətlə balacaları mükafatlandırıb.

Mükafatlandırılma mərasimi Premyer Liqanın 28-ci turunun “Kəpəz”lə görüşündən əvvəl baş tutub.

“Köhlən atlılar”ın baş məşqçisi Qurban Qurbanov və əsas futbolçular Minskdə qalib olmuş U-14-ün üzvlərinə xatirə hədiyyələri təqdim ediblər.

Exit mobile version