AUT.AZ

Qurban Qurbanov: “Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur”

Azərbaycan Premyer Liqasının XXVIII turu çərşivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyunundan (1:6) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Aut.az xəbər verir ki, mütəxəsis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü:

– Adilə və komandasına uğurlar arzu edirəm. Futbolçularını təbrik edirəm. Belə oyunlar futbolçuları daha peşəkar edir. Şadam ki, komandamla çempion olduq. Rəhbərlik və futbolçularmızı təbrik edirəm.

– Klubda sonrakı hədəfiniz nədir?
– İşimiz elədir ki, daim uğur ardıyca getməliyik. Mövsümboyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq.

– Milli komandanın baş məşqçi postuna dəvət ediblər?
– İK nazmizədliyim olub. Mənə millinin baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik.

– Çempion olmaq ciddi iş tələb edir. Qarşıda turlarda komandanı necə hazırlayacaqsınız?
– Növbəti oyunlara tam ciddi hazırlaşacağıq. Bəzi futbolçulara ola bilsin istirahət verəcəyik. Fasilədə 5 futbolçuya istirahət verdik, faydası oldu. Amma milliyə dəvət olunan oyunçular istirahət etməyib, onlara şərait yaradacağıq. Onları gələn il çempionlar Liqasına tam hazırlamalıyıq.

– Benzianın durumu necədir?
– Benzianın zədəsi ciddi deyil. Məşqlərə sabahdan başlayacaq.

– Çempionluğu rəsmiləşdirəndən sonra futbolçularla nə danışdınız?
– Təbrik etdim onları. Onlara görə yenə sevinirəm. Bəziləri çempion olmamışdır, bəziləri isə bir neçə dəfə qızıl medalları qazanıbş

– Heyəti qoruyub saxlamaq çətin olmayacaq ki?
– Heyəti qoruyub saxlamaq çətin olur. Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma çalışacağıq ki, əlimizdən gələni edək.

– AFFA-da vitse-prezident postu boşdu. Təklif olsa, münasibətiniz necə olar? Baş məşqçi kimi davam edəcəksiniz, ya təklifi qəbul edərsiniz?
– İnanmıam belə təklif olsun. Hələlik missiyam məşqçi olmaqdır. Hazırda burdayam, bu kollektivlə işləmək xoşdur. Müzakirə edilməyən mövzu haqda fikir bildirməyi xoşlamıram. İK-ya namizədliyim verilib, amma təsdiq olunmayıb. Rəsmiləşdikdən sonra fikir bildirmək olar.

– Son günlər oyunçuların intizmasızlığı müzakirə olunur, bu haqda fikirləriniz nədir?
– Bu şeyləri sevmirəm ki, oyunçularımın intizamsızlığından danışılsın. Futbol aqressiv oyundur. Dəfələrlə tələb etmişəm ki, hər nə olur olsun, özlərini intizamlı aparmalıdır. Məcburdurlar. Çünki biz kollektivik. Bəzən qırmızı vərəqələrdən sonra futbolçu özünü idarə edə bilmir. Elvində aqressivlik, cığallıq var. Qarşıdakı illərdə inanıram ki, bunlar aradan qaldırılacaq. Bu yaş dövründə yollarını aza bilərlər. Nərimana gəldiksə isə hansısa jurnalistlə diskusiyası alınmayıb. O elə uşaqdır ki, kəlbətinlə söz ala bilmirsən. Bəzən mənim ondan narazı olduğun hallar olur.

– U-23-də də problem yaşamışdı deyəsən. Guya zədəli olmadığı halda özünü elə göstərmişdi…
– Məncə o səhv məlumatdır. Zədəli olmağı ilə bağlı məlumatlar var idisə, səhvdir.

– İK-da 13 yerə 13 namizəd var. Və cəmi 2 futbol adamı var. Düşünürsünüz ki, sizə yük düşəcək?
– Formatdan məlumatsızam. Digər şəxslər də futbol funksianerləri var. Amma məncə düşünülmüş addım atılıb. Ola bilər futbol inkişafı üçün və s. Hələlik təklif hazırlamamışam. Formatı bilmirəm. Bildikdən sonra getişatda təkliflərimi irəli sürəcəm. Bu mövzu haqda fikir bildirmək tezdir.

– Gürcüstan Avropa çempionatına vəsiqə qazandıqdan sonra federasiyada futbol adamlarının çox olması qabardıldı. Buna fikriniz nədir?
–  Rəhbər vəzifələrdən uzaq olmuşam. Futbol oynamış şəxslərin belə qurumlarda çox olmasının tərəfdarıyam. Yeni rəhbərlik gəlir, nə necə olacaq bilmirəm, amma həmin şəxslərin təcrübəsindən faydalanmağın tərəfdarıyam.

Exit mobile version