AUT.AZ

“Qumarbaz” futbolçuya qarşı daha 50 ittiham

 İngiltərə Futbol Assosiasiyası (FA) “Nyukasl Yunayted”in italiyalı yarımmüdafiəçisi Sandro Tonalini mərc oyun qaydalarını daha 50 dəfə pozmaqda ittiham edib.

Aut.az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

“Sandro Tonali FA mərc oyun qaydalarının pozulması iddiası ilə bağlı qanunsuzluqda ittiham olunub. “Nyukasl Yunayted”in yarımmüdafiəçisinin 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına mərc edərkən 50 dəfə qaydaları pozduğu iddia edilir. Sandro Tonali sorğuya 2024-cü il aprelin 5-dək cavab verməlidir”, – bəyanatda deyilir.

Xatırladaq ki, oktyabr ayında italyan futbolçu qanunsuz mərc oynadığına görə 10 ay diskvalifikasiya almışdı. Tonali İngiltərə Premyer Liqası mövsümünün qalan hissəsini, eləcə də 2024-cü il Avropa Çempionatını buraxacaq.

Aut.az

 

Exit mobile version