AUT.AZ

Qadınların baş məşqçisi qovuldu: Futbolçulardan biri ilə…

Villi Kirk “Lester”in qadınlardan ibarət komandasının baş məşqçisi vəzifəsindən qovulub.

Aut.az xəbər verir ki, klubun rəsmi saytının verdiyi məlumata görə, 45 yaşlı mütəxəssisin qovulmasına səbəb onun davranış kodeksini pozmasıdır.

“Sky Sports” bildirir ki, klub daxili araşdırma apararaq Kirkin komandanın adı açıqlanmayan oyunçusu ilə münasibətdə olduğunu müəyyən edib.

Qeyd edək ki, Kirk 2022-ci ildən “Lester”in qadın komandasında əvvəlcə idman direktoru, eyni ilin noyabrından isə baş məşqçi kimi çalışıb. Bu mövsüm “tülkülər” Super Liqada 17 turda 16 xal toplayaraq 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version