AUT.AZ

Planlar pozuldu: Mbappenin “Real”dakı təqdimatı təxirə salınır

Hazırda PSJ-də çıxış edən hücumçu Kilian Mbappenin “Real”ın yeni oyunçusu kimi təqdimatı 2024-cü ilin avqust ayına təxirə salına bilər.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb UEFA Çempionlar Liqasının finalının iyunun 1-də baş tutması, həm “Real”ın, həm də PSJ-nin iştirakını davam etdirdiyi və nəzəri cəhətdən orada qarşılaşa biləcəyi turnirdir.

Bundan əlavə, Mbappenin Fransa millisinin heyətində çıxış edəcəyi Avropa çempionatı iyunun 14-də başlayacaq. Fransa millisinin baş məşqçisi Didye Deşam turnirin başlamasına iki həftə qalmış komandanı hazırlıq üçün toplamaq niyyətindədir. Buna görə də təqdimat avqusta qədər yubana bilər.

Qeyd edək ki, ilkin olaraq cari mövsümün sonu ilə Avropa çempionatının başlanğıcı arasındakı dövr üçün nəzərdə tutulmuşdu.

Aut.az

Exit mobile version