AUT.AZ

Məşhur futbolçuya 18 ay həbs cəzası verildi

Kiyev “Dinamo”sunun və Lüksemburq millisinin 28 yaşlı hücumçusu, hazırda icarə əsasında “Slovan”da çıxış edən Jerson Rodriges 18 ay şərti həbs cəzasına məhkum edilib.

Aut.az xəbər verir ki, milli komandanın Qazaxıstanla oyunundan (2:1, Jerson qol vurub və məhsuldar ötürmə edib) sonra Rodriges çərşənbə günü, martın 27-də hökm oxunduğu Lüksemburq Şəhər Məhkəməsi qarşısına çıxıb. Məhkəmə ona 18 ay şərti həbs cəzası kəsib və 1500 avro cərimə edib.

Rodrigesə qarşı ittihamlara üç hücum daxil idi, bunlardan biri keçmiş tərəfdaşına qarşı məişət zorakılığı ilə bağlıdır. Məhkəmə həmçinin futbolçunun təzminat kimi zərərçəkmişə 2430 avro ödəməsi barədə qərar verib.

Maraqlıdır ki, məhkəmənin hökmü ittiham tərəfinin tələb etdiyi cəzadan artıq olub.

Martın əvvəlində prokurorluq Rodriges üçün 15 aylıq şərti həbs cəzası istəmişdi.

Aut.az

Exit mobile version