AUT.AZ

“İnter” onun üçün yeni müqavilə hazırlayır

“İnter” komandanın baş məşqçisi Simone İnzaqi üçün yeni müqavilə hazırlayır.

Aut.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Onların məlumatına görə, yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. İnzaqinin maaşı ildə 5,5 milyon avrodan 6,5 milyon avroya yüksələcək. “İnter” A Seriyasında çempionluğu qazandıqdan sonra müqavilənin uzadılmasını rəsmən elan etmək istəyirlər.

İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır.

Aut.az

Exit mobile version