AUT.AZ

“İnter Mayami”də daha bir argentinalı – 7 oldular

“Boka Xuniors”un sağ cinah müdafiəçisi Marselo Veyqandt “İnter Mayami”yə keçib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı argentinalı futbolçunun icarə müqaviləsi 2024-cü ilin sonuna kimi nəzərdə tutulub, müqavilənin daha bir mövsüm uzadılması mümkündür.

Veyqandtdan başqa, “İnter Mayami”də Lionel Messi də daxil olmaqla daha altı argentinalı oyunçu var.

Aut.az

Exit mobile version