AUT.AZ

“Ferrari”nin sabiq bossu əməliyyat olundu

Formula 1-in bir sıra komandalarının (Ferrari, Renault, Benetton) keçmiş rəhbəri, italiyalı Flavio Briatore ürəyindən əməliyyat olunub.

Aut.az xəbər verir ki, əməliyyata səbəb nadir rast gəlinən ürək şişi olub. Bu, insanlarda mümkün şişlərin cəmi 0,02%-ni təşkil edir. Xoşbəxtlikdən formasiya xoş xasiyyətli olub və əməliyyat uğurla keçib.

Əməliyyatdan sonra Flavio abunəçilərinə müraciət edərək, həkimlərə peşəkarlıqlarına görə təşəkkür edib.

Aut.az

Exit mobile version