AUT.AZ

Fanat anasını ona təklif etdi: Görün nəyin müqabilində – FOTO

Mayamidə (ABŞ) keçirilən Masters seriyalı turnirinin 1/4 finalında Rusiyalı tennisçi Daniil Medvedev maraqlı an yaşayıb.

Aut.az xəbər verir ki, o, Çili təmsilçisi Nikolas Harrinin matçın gedişində gülməli vəziyyətlə üzləşib. Qarşılaşmanın operatorlarından biri tribunaları çəkib və bir neçə azarkeşin Medvedevə ünvanlanmış plakatlarını ekrana gətirib.

Onlardan biri xüsusilə diqqət çəkib. Fanatlardan biri “Medvedev, mən anamı sənin raketkanla dəyişəcəm!!!” yazılı banner açıb. Bu da böyük marağa səbəb olub.

Medvedevin pankartdan xəbərdar olub-olmadığı və raketkasını bu yaradıcı pərəstişkarlarına verib-verməməsi məlum deyil.

Aut.az

Exit mobile version