AUT.AZ

Dilinin bəlasına düşdü: İntizam antirekordu

“Qolden Steyt”in hücumçusu Draymond Qrin martın 29-na keçən gecə baş tutan ” Orlando” ilə normal mövsüm matçında (101:93) 3 dəqiqə 36 saniyədən sonra meydandan qovulub.

Aut.az xəbər verir ki, 34 yaşlı Miçiqan əsilli oyunçu MBA tarixində oyunun başlamasından dörd dəqiqə keçməmiş iki dəfə meydandan kənarlaşdırılan yeganə oyunçu olub.

Qrin rəsmilərlə danışdığı üçün iki texniki qayda pozuntusu aldıqdan sonra “Orlando” ilə oyunu erkən bitirib.

Qrinlə sonuncu dəfə belə hal 2023-cü ilin noyabrında “Minnesota” ilə matçda baş vermişdi. Həmin vaxt o, oyun başlayandan 1 dəqiqə 43 saniyə sonra komandalar arasında baş verən davadan sonra meydandan qovulmuşdu. Draymond bu hadisəyə görə 5 oyunluq cəza almışdı.

Aut.az

Exit mobile version