AUT.AZ

Dəyəri 200 milyondan çox olan 6 futbolçu – Mbappe yoxdur

CIES Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının transfer qiymətlərini açıqlayıb.

Aut.az xəbər verir ki, mərkəz yalnız altı oyunçunun qiymətini 200 milyon avro və ya daha çox qiymətləndirib.

Cud Bellinqem (Real Madrid) – 250 milyon avro

Erlinq Haaland (Mançester Siti) – 250 milyon avro

Vinisius Junior (Real Madrid) – 200 milyon avro

Rodriqo Qoes (Real Madrid) – 200 milyon avro

Bukayo Saka (“Arsenal”) – 200 milyon avro

Fil Foden (Mançester Siti) – 200 milyon avro

Camal Musiala (“Bavariya”), Julian Alvares (“Mançester Siti”), Kilian Mbappe (PSJ) və Martin Odeqaard (“Arsenal”) 150 milyon avro dəyərində qiymətləndirilir. Daha 32 futbolçu, o cümlədən “Napoli”dən Xviça Kvaratsxeliya 100 milyon avro dəyərində qiymətləndirilir. Digər oyunçuların dəyəri 80 milyon avronu keçmir.

Aut.az

Exit mobile version