AUT.AZ

Cinayətkar həmyerlilərindən danışdı: Qızıma da belə etsəydilər…

“Fluminense”nin futbolçusu Felipe Melo Braziliya millisindəki sabiq komanda yoldaşları – Dani Alves və Robinyo barədə danışıb.

Aut.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi veteran futbolçuların törətdiyi əməllərə görə cəza çəkməli olduqlarını bildirib:

“Mənim 15 yaşlı qızım var. Qızıma da belə etsəydilər, mən şübhə edirəm ki, burada olub sizə bu müsahibəni verərdim. Onlar etdiklərinin əvəzini ödəməlidirlər. Bu, başqalarına bunu etməmək üçün dərs olmalıdır”.

Alves təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Barselona məhkəməsi Braziliya millisinin sabiq futbolçusunu hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 1 milyon avro girov qarşılığında azadlığa buraxıb.

Qeyd edək ki, Melo “Yuventus”, “İnter” və “Qalatasaray” kimi klublardakı çıxışları ilə tanınıb.

Aut.az

Exit mobile version