AUT.AZ

“Beşiktaş” indi də onu hədəf aldı – “Qarabağ” yaxşı tanıyır

Beşiktaş” yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi “Bayer”də çıxış edən Patrik Şikdir. Bu barədə yerli mətbuat məlumat yayıb.

“Qara qartallar” çexiyalı hücumçunu icarəyə götürmək və ya birdəfəlik transfer etmək variantları üzərində işləyir.

Qeyd edək ki, “Bayer” Patrik Şiki 2020-ci ilin yayında “Roma”dan transfer edib.

28 yaşlı forvard bu mövsüm Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarında “Qarabağ”a 3 qol vurub.

Exit mobile version