AUT.AZ

“Bavariya”dan Alonso etirafı gəldi: Mümkünsüzdür

“Bavariya”nın idarə heyətinin üzvü və keçmiş prezidenti Uli Höness “Bayer”in baş məşqçisi Xabi Alonsonu transfer etmək şanslarını dəyərləndirib. :

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

“Düşünürəm ki, Xabi Alonsonu imzalamaq çox çətin, hətta qeyri-mümkün olacaq. Mən əminəm ki, o, “Bayer”də qalacaq və onlarla işləməyə davam edəcək”, – Höness bildirib.

Daha əvvəl “Bavariya”nın Xabi Alonsoya alternativ sayılan Roberto De Zerbi ilə danışıqlara başladığı bildirilirdi.

Aut.az

Exit mobile version